spot_img
25 ноября, 2024
ДомойТелекомСобытияAmazon şifrəli mesajlaşma tətbiqini satın alıb

Amazon şifrəli mesajlaşma tətbiqini satın alıb

Amazon 2012-ci ildə ABŞ-ın Wickr şirkəti tərəfindən yaradılan eyniadlı şifrəli mesajlaşma tətbiqetməsini satın alıb.

Sövdələşmənin məbləği açıqlanmır.

Wickr – WhatsApp və Signal-a bənzər şəkildə şifrələnmiş rabitə texnologiyasına sahib mesajlaşmadır.

Amazon-dan xüsusilə COVID-19 pandemiyası səbəbindən “hibrid” iş şəraitinə keçməsi ilə təhlükəsiz kommunikasiyaya ehtiyacın artdığı qeyd edilib. Şirkətin vitse-prezidenti və informasiya təhlükəsizliyi üzrə direktoru Stiven Şmidt Wickr-in ən etibarlı “ucdan uca” şifrələnmiş rabitə texnologiyası hazırladığını söyləyib.

İndi Wickr tətbiqindən həm dövlət şirkətləri, həm də korporativ şirkətlər istifadə edir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,989ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -