Bitcoin-in məzənnəsi bugünkü ticarət sessiyası zamanı iki dəfə böyük sıçrayış edib və sonda 63 min ABŞ dollar səviyyəsini keçib.
Günün birinci yarısında dəyəri 2,34 % artaraq hər vahidi 62,394 min dollara qədər bahalaşan kriptovalyuta günün ikinci yarısında daha 4,64 % bahalaşaraq 63,088 min ABŞ dollarına çatıb.
Beləliklə, kriptovalyutanın qiyməti tarixi maksimumunu yeniləyib.