ДомойТехнологииHardwareNATO peyklərin orbitə çıxarılması üçün qlobal kosmik proqram başladır

NATO peyklərin orbitə çıxarılması üçün qlobal kosmik proqram başladır

NATO peyklərin orbitə çıxarılmasını daha sürətli və etibarlı etmək məqsədilə Starlift adlı çoxmillətli kosmik təşəbbüsə start verib. Proqram hərbi rabitə, naviqasiya, kəşfiyyat və erkən xəbərdarlıq sistemlərinin dəstəklənməsinə yönəlib.

Təşəbbüsün NATO-nun Dəstək və Təchizat Agentliyi (NSPA) vasitəsilə maliyyələşdirilməsinə alyansın 10 üzvü razılıq verib: Belçika, Kanada, Finlandiya, Almaniya, İtaliya, Niderland, Norveç, İsveç, Türkiyə və Böyük Britaniya. Onlara Cənubi Koreya da qoşulub. İştirak haqqında saziş oktyabrın 29-da NATO-nun milli silahlanma direktorlarının görüşü çərçivəsində imzalanıb. Starlift proqramının hazırlanmasına isə 2024-cü ildən başlanılıb.

Proqram çərçivəsində kommersiya raketdaşıyıcılarının operatorları və kosmodromlarla əməkdaşlıq nəzərdə tutulur. Məqsəd hərbi sifarişçilər üçün peyklərin orbitə çıxarılmasına zəmanətli imkan yaratmaqdır. Bununla yanaşı, kosmodromlar şəbəkəsinin formalaşdırılması, fövqəladə hallarda peyklərin sürətli şəkildə orbitə çıxarılması ssenarilərinin hazırlanması, yerüstü infrastrukturun və logistikanın təkmilləşdirilməsi planlaşdırılır.

Starlift təşəbbüsünün əsas gözləntilərindən biri də sifarişlərin birləşdirilməsi hesabına buraxılış xərclərini azaltmaq, kosmosa çıxışı daha əlçatan etmək və kosmik sənayeyə əlavə investisiyalar cəlb etməkdir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,684ФанатыМне нравится
1,006ЧитателиЧитать
3,086ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -