ДомойТехнологииГаджетыOPPO smart saatlara yağyandırma rejimini əlavə edir

OPPO smart saatlara yağyandırma rejimini əlavə edir

OPPO yeni FatMax funksiyasını təqdim edib. Şirkətin sentyabr ayında satışa çıxarmağa hazırlaşdığı Watch S2 smart saatları bu texnologiya sayəsində istifadəçinin fərdi göstəricilərinə əsasən yağ yandırmaq üçün daha uyğun məşq rejimi tövsiyə edə biləcək.

Ənənəvi fitnes saatları məşq zamanı optimal ürək döyüntüsü diapazonunu əsasən yaşa əsaslanan universal formul ilə müəyyənləşdirir. FatMax isə boy, çəki, cins və fiziki aktivlik səviyyəsi kimi əlavə göstəriciləri də nəzərə alacaq.

Saat istifadə edildikcə real məşq nəticələrini analiz edərək optimal diapazonu yeniləyəcək. Bununla da arıqlamağa yönəlmiş məşqlərin daha səmərəli olması hədəflənir. Məşq zamanı isə istifadəçiyə yandırılan yağın təxmini miqdarı qramla real vaxtda göstəriləcək.

OPPO eyni zamanda Pekin İdman Universiteti ilə birlikdə hazırladığı Smart Track funksiyasını da elan edib. Bu sistem qaçış zamanı tempi və müddəti avtomatik qeydə alacaq, məşqdən sonra isə toplanan məlumatlar əsasında istifadəçiyə fərdi tövsiyələr verəcək.

FatMax funksiyası OPPO Watch S2 ilə birlikdə sentyabr ayında təqdim olunacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,738ФанатыМне нравится
1,008ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -