spot_img
14 мая, 2026
ДомойТелекомСобытияSQL üzrə üçüncü Hackathon keçirildi

SQL üzrə üçüncü Hackathon keçirildi

2026-ci ilin mayın 9-da SQL üzrə üçüncü Hackathon keçirildi. Yarış Əhmədlidə yerləşən İT mərkəzi olan TechBridge Akademiyasında baş tutdu. Yarışda 12 komanda iştirak edirdi. Təşkilatçılığı SQL.az həyata keçirirdi. Tədbirin baş sponsoru “Rabitə Bank”, İnformasiya dəstəyi isə “Infocity” jurnalı tərəfindən təmin olunurdu.

“SQL Hackathon 1” və “SQL Hackathon 2” yarışları olduğu kimi “SQL Hackathon 3” də böyük maraq var idi. Bu səbəbdən SQL.az komandası qısa müddət ərzində iştirakçı komandaları formalaşdıra bildi. İştirak etmək istəyənlər çox olsa da, yalnız yoxlamadan keçən şəxslər qeydiyyata alındı. Çünki məqsəd yarışda iştirak edən komandaların səviyyəsinin nisbətən eyni olmasını təmin etmək idi. Beləliklə, böyük təcrübəyə sahib olanlar yarışda iştirak edə bilmədilər.

Yarış 09 May tarixində saat 10:00-da başladı. İlk olaraq açılış nitqi ilə TechBridge Akademiyanın direktoru Çinara xanım iştirakçıları salamladı. Daha sonra PhD Ramin Səmədov yarışın qaydaları ilə iştirakçıları tanış etdi. Növbəti çıxışda isə PhD Samir Səmədov SQL.az-ın tarixçəsi və yarışın dürüst, açıq mübarizə prinsipi əsasında keçirilməsi barədə məlumat verdi.

Yarış 3 mərhələdən və 1 test sualları bölümündən ibarət idi. Bu dəfə yarışın özəliyi o oldu ki, Aİ platformalardan istifadəsi qadağan olmuşdur.

Qalib komanda “The Optimizers” adında komanda oldu, bu komanda İlkin Qazıyev və Ruslan Orucovdan ibarət idi.

İkinci yeri tutan komanda “Schema Architects” oldu. Komandada Bayramova Səidə və Məmmədova Farizə yer alırdı.

Üçüncü yeri “QueryX” komandası tutdu. Onlar “SQL Hunters” (İlahə Mərdiyeva, Jalə Rəhimli) komandası ilə eyni xal yığsalarda lakin sürət cavablama cəhətdən irəli keçmişdilər.

“QueryX” komandası Nərmin Haqverdiyeva və Togrul İsmayılov ibarət idi.

Təşkilatçı olaraq bu cür yarışın keçirilməsində sponsorluq edən “Rabitə Bank”a və informasiya dəstəyinə görə “Infocity”-yə dərin minnətdarlığımızı bildiririk.

Növbəti yarışlarda görüşmək ümidi ilə! SQL.az-ı izləməyi unutmayın.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,769ФанатыМне нравится
1,009ЧитателиЧитать
3,086ЧитателиЧитать
716ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -