spot_img
20 мая, 2026
ДомойТехнологииПланшетыOPPO iki yeni planşet və Bubble adlı qeyri-adi mini ekran təqdim edəcək

OPPO iki yeni planşet və Bubble adlı qeyri-adi mini ekran təqdim edəcək

OPPO 26 may tarixində keçiriləcək təqdimat öncəsi yeni məhsullarının tizerlərini yayımlayıb. Şirkət OPPO Pad 6, OPPO Pad Air5 planşetlərinin dizaynını və Bubble adlı maraqlı portativ ekran aksesuarını nümayiş etdirib.

OPPO Pad 6 modeli 12,1 düymlük 3K təsvir ölçülü IPS ekran, 144 Hz yenilənmə tezliyi və 7:5 tərəf nisbəti ilə təchiz olunacaq. Planşetin əsasını Dimensity 9500s prosessoru təşkil edəcək. 10 420 mAh batareya 67 Vt sürətli şarj doldurmanı dəstəkləyəcək. Cihazın qalınlığı cəmi 5,99 mm, çəkisi isə təxminən 577 qram olacaq.

OPPO Pad Air5 isə 12,1 düymlük 2,8K IPS ekran, 120 Hz yenilənmə tezliyi və Dimensity 7300 Ultra prosessoru ilə gələcək. Planşet 10 050 mAh batareya və 33 Vt sürətli şarj doldurma dəstəyi ilə təchiz ediləcək. Model mövcud rənglərə əlavə olaraq ağ rəngdə də təqdim olunacaq.

Təqdimatın ən maraqlı yeniliklərindən biri isə OPPO Bubble adlı kiçik dairəvi ekran olacaq. Bu aksesuar smartfonun arxa panelinə maqnitlə bərkidilir və selfi çəkərkən görüntünü görməyə imkan verir. Bundan əlavə, istifadəçi öz emojilərini və şəkillərini ekranda göstərə bilər, bu da Bubble-ı həm faydalı, həm də dekorativ aksesuara çevirir.

Yeni məhsulların qiyməti və satış tarixi rəsmi təqdimat günü açıqlanacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,768ФанатыМне нравится
1,010ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -