Sony PlayStation Store platformasında növbəti “təmizlik” apararaq 1000-dən çox aşağıkeyfiyyətli oyunu silib.
Məlumata görə, silinən layihələrin böyük hissəsi iki studiyaya məxsus idi:
- Nostra Games — təxminən 700 oyun
- CGI LAB (Play Lab kimi də tanınır) — qalan hissə
Bu oyunlar adətən çox qısa müddətdə, bəzən isə süni intellektdən istifadə edilərək hazırlanırdı və əsasən trofi (trophy) və nailiyyət “ovçuları” üçün nəzərdə tutulurdu.
Sony bu addımla mağazadakı kontentin keyfiyyətini artırmaq və istifadəçilərə daha seçilmiş oyunlar təqdim etmək istəyir. Rəqəmsal platformalarda “ucuz və keyfiyyətsiz” layihələrin çoxluğu artıq ciddi problemə çevrilmişdi.
Bu qərar bəzi studiyaların narazılığına səbəb olub. Xüsusilə Nostra Games bildirib ki, fəaliyyətini dayandırmayacaq və oyunlarını PC, XboPC və Nintendo Switch kimi digər platformalarda yayımlamağa davam edəcək.
Qeyd edək ki, Sony 2026-cı ilin əvvəlində də oxşar addım ataraq minlərlə oyunu mağazadan silmişdi. Həmin vaxt əsas hədəf ThiGames studiyasının məhsulları olmuşdu.






