OpenAI gözlənilmədən Sora layihəsinin bağlanacağını elan edib. 2024-cü ildə təqdim olunan və qısa müddətdə populyarlıq qazanan video generasiya xidməti artıq fəaliyyətini dayandırmağa hazırlaşır.
Şirkət bu barədə X üzərindən məlumat verib və yaxın vaxtlarda xidmətin tam bağlanma tarixini, API-nin deaktiv olunmasını və istifadəçilərin hazırladıqları videoları necə ixrac edə biləcəyini açıqlayacağını bildirib.
Bununla yanaşı, Disney ilə planlaşdırılan əməkdaşlıq da baş tutmayıb. Daha əvvəl Disney Sora vasitəsilə 200-dən çox personajın istifadəsi üçün razılaşma elan etmişdi.






