spot_img
18 февраля, 2026
spot_img
ДомойСайтыСоциальные сервисыTelegram çatlar üçün yeni məxfilik funksiyasını test edir

Telegram çatlar üçün yeni məxfilik funksiyasını test edir

Telegram messenceri istifadəçilərin şəxsi yazışmalarını daha yaxşı qorumağa yönəlmiş yeni funksiyanı sınaqdan keçirir. iOS üçün təqdim olunan 12.5 beta versiyasında eyni anda iki maraqlı yenilik aşkar edilib — biri məxfilik səviyyəsini artırır, digəri isə vacib tarixləri unutmağa imkan verməyəcək.

Məlumata görə, istifadəçilər artıq kontaktlara çatdakı məzmunun kopyalanmasını, saxlanmasını və başqa şəxslərə göndərilməsini qadağan edə biləcəklər. Yeni seçim kontakt ayarlarında “Dəyişdir” bölməsi vasitəsilə aktivləşdirilir və xüsusilə şəxsi və ya həssas yazışmalar üçün faydalı hesab olunur.

İkinci yenilik isə ağıllı xatırlatma sistemidir. Messencer mesajlarda tarixləri avtomatik tanıyacaq və istifadəçiyə xatırlatma yaratmağı təklif edəcək. Məsələn, “bu gün”, “sabah” kimi ifadələr və ya konkret tarix qeyd edilərsə, tətbiq bunu avtomatik anlayaraq reminder (xatırlatma) əlavə etməyi önərəcək.

Hazırda hər iki funksiya test mərhələsindədir və onların stabil versiyada nə vaxt istifadəyə veriləcəyi hələ açıqlanmayıb.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,817ФанатыМне нравится
1,027ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -