spot_img
24 января, 2026
spot_img
ДомойAI / MLİlon Mask: Tesla Optimus humanoid robotları 2027-ci ildə hər kəs üçün satışa...

İlon Mask: Tesla Optimus humanoid robotları 2027-ci ildə hər kəs üçün satışa çıxarılacaq

İlon Mask bəyan edib ki, süni intellekt və robotlar bəşəriyyət tarixində görünməmiş iqtisadi sıçrayış yaradacaq. Tesla rəhbəri eyni zamanda Optimus humanoid robotlarının satış tarixini də açıqlayıb.

“Əgər hər şey plan üzrə getsə, gələn ilin sonuna doğru humanoid robotların adi istifadəçilər üçün satışına başlamağı planlaşdırırıq”, — deyə Mask bildirib.

Onun sözlərinə görə, gələcəkdə robotlar və süni intellekt o qədər geniş yayılacaq ki, insanın demək olar bütün ehtiyaclarını qarşılaya biləcək:

“Biz o qədər çox robot və süni intellekt yaradacağıq ki, onlar faktiki olaraq insan ehtiyaclarını təmin edəcək. Mən proqnozlaşdırıram ki, robotların sayı insanlardan çox olacaq”.

Mask hesab edir ki, robotlar cəmiyyəti köklü şəkildə dəyişəcək, fiziki əməyi əhəmiyyətli dərəcədə azaldacaq və bir mərhələdə robotların robot istehsal etdiyi dövr başlayacaq.

Milyarder əlavə edib ki, Yer üzündə “demək olar hər kəs” yaşlı valideynlərinə və ya uşaqlarına baxmaq üçün robot istərdi:
“Əgər robot tam təhlükəsizdirsə, uşaqlara və ya ev heyvanlarına nəzarət etməsini kim istəməz ki?” — deyə Mask sual verib.

Sonda o vurğulayıb ki, Tesla, SpaceX, xAI və Starlink şirkətlərinin əsas məqsədi “sivilizasiyanın parlaq və böyük gələcəyə sahib olma ehtimalını maksimuma çatdırmaqdır”.

Qeyd edək ki, aparıcı analitik mərkəzlərin və The Economist nəşrinin məlumatlarına görə, süni intellektin sürətli inkişafına baxmayaraq, inkişaf etmiş ölkələrdə iş yerlərinin kütləvi şəkildə azalması müşahidə olunmur və əmək bazarı sabitliyini qoruyur.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,825ФанатыМне нравится
1,026ЧитателиЧитать
3,086ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -