spot_img
8 января, 2026
spot_img
ДомойAVАкустические системыASUS oyunçular üçün ROG Cetra TWS qulaqlıqlarını təqdim etdi

ASUS oyunçular üçün ROG Cetra TWS qulaqlıqlarını təqdim etdi

ASUS gaming aksesuarları xəttini yeni ROG Cetra adlı kompakt TWS qulaqlıqları ilə genişləndirib. Modelin ən diqqətçəkən cəhəti bu kateqoriya üçün qeyri-adi olan açıq konstruksiyasıdır — bu da oyun zamanı istifadəçiyə ətraf mühitlə əlaqəni itirməməyə imkan verir.

ROG Cetra DLC örtüklü 14,2 mm sürücülərlə təchiz olunub və iki fərqli rejimi dəstəkləyir:

  • “Phantom Bass” — aşağı tezlikləri gücləndirərək daha dərin səslər təqdim edir,
  • “Immersion Mode” — səsboğma alqoritmlərin hesabına maksimum oyuna dalma effekti yaradır.

Modelin fərqləndirici xüsusiyyətlərindən biri sensor panel əvəzinə fiziki düymələrin istifadə olunmasıdır. ASUS-un sözlərinə görə, bu yanaşma qulaqlıqların reaksiya sürətini artırırtəsadüfi toxunuşların qarşısını alır. Əlavə olaraq, cihaz IPX5 standartı üzrə suya davamlıdır.

ASUS ROG Cetra həm Bluetooth, həm də ROG SpeedNova naqilsiz ötürücüsü vasitəsilə radio-kanal üzərindən qoşula bilir. İstehsalçının bildirdiyinə görə, RGB işıqlandırma və mikrofonlar söndürüldükdə qulaqlıqlar 16 saata qədər işləyə bilir. Sürətli şarj funksiyası isə cəmi 15 dəqiqəyə əlavə 3 saat istifadə imkanı yaradır.

Qulaqlıqların qiyməti və satış tarixi hələlik açıqlanmayıb.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,829ФанатыМне нравится
1,026ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -