spot_img
23 декабря, 2025
spot_img
ДомойSoftwareОперационные системыSamsung One UI Android üçün ən yaxşı interfeys seçildi

Samsung One UI Android üçün ən yaxşı interfeys seçildi

GSMArena tərəfindən keçirilən sorğunun nəticələrinə əsasən, Android üçün ən uğurlu istifadəçi interfeysi adı Samsung-un One UI qismət olub. Sorğuda iştirak edənlərin 41%-i məhz One UI-ni seçərək onu açıq fərqlə birinci yerə çıxarıb.

İkinci pillədə Google tərəfindən hazırlanan Pixel UI qərarlaşıb — bu interfeys 20% səs toplayıb. Üçüncü yerdə isə Nothing OS yer alır. O, 7% nəticə göstərib. Maraqlıdır ki, təxminən eyni sayda istifadəçi Nothing OS-un onları ümumiyyətlə heyran etmədiyini bildirib.

Bununla yanaşı, GSMArena mütəxəssisləri Android interfeyslərinin ümumilikdə nə dərəcədə vacib olduğunu müəyyənləşdirmək üçün əlavə araşdırma da aparıblar. Nəticələr göstərib ki, 43%-dən çox respondent interfeyslərin əhəmiyyətli olduğunu düşünsə də, onları həlledici faktor hesab etmir. Digər tərəfdən, təxminən 40% istifadəçi konkret Android interfeysinə üstünlük verir və smartfon seçimini məhz həmin interfeysə əsasən edir.

Reytinqin dördüncü pilləsində Oppo-nun ColorOS qərarlaşıb. O, populyarlıq baxımından Xiaomi HyperOS, Motorola Hello UI, Honor MagicOS və Sony Xperia UI kimi sistemləri geridə qoyub. Siyahının sonunda isə Vivo-nun Funtouch OS interfeysi yer alıb — o, sorğuda iştirak edənlər arasında ən az rəğbət qazanan Android interfeysi olub.

Görünən odur ki, texniki göstəricilər nə qədər vacib olsa da, istifadəçi təcrübəsi və interfeysin rahatlığı smartfon seçimində hələ də ciddi rol oynayır.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,835ФанатыМне нравится
1,029ЧитателиЧитать
3,086ЧитателиЧитать
716ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -