spot_img
1 декабря, 2025
spot_img
ДомойAI / MLOpenAI ChatGPT-dən ən çox necə istifadə olunduğunu açıqladı

OpenAI ChatGPT-dən ən çox necə istifadə olunduğunu açıqladı

ChatGPT-nin istifadəyə verilməsindən üç il keçir və bu münasibətlə OpenAI xidmətlə bağlı maraqlı statistika paylaşıb. Şirkət istifadəçilərin ChatGPT-yə ən çox hansı məqsədlərlə müraciət etdiyini açıqlayıb.

OpenAI-nin məlumatına görə, həftə ərzində 800 milyon insan ChatGPT-dən müxtəlif işlər üçün istifadə edir — səyahət planlaşdırmaqdan tutmuş, marketdən hansı məhsulu almağa qərar verməyə. Ən populyar altı istifadə ssenarisi bunlardır:

  • şəkil yükləmə;

  • internetdə axtarış;

  • “məntiqi düşünən” İA modellərindən istifadə;

  • şəkil generasiyası;

  • məlumat analizi;

  • səsli sorğular.

Araşdırma göstərir ki, “şəkil yükləmə” sorğusu “şəkil yaratma”dan daha çox axtarılır. Bu isə istifadəçilərin yeni vizual kontent yaratmaqdan daha çox, öz şəkillərini redaktə etməyə üstünlük verdiyini göstərir. İş prosesində isə ChatGPT əsasən mətn yazmaq üçün istifadə olunur — lakin sorğuların böyük qismi sıfırdan mətn yaratmaq deyil, mövcud materialı redaktə etmək üçündür.

OpenAI hesab edir ki, gələcəkdə ChatGPT-dən istifadə ssenariləri dəyişə bilər — xüsusən də şirkətin məhsul seçimi və axtarışı üçün hazırladığı yeni alət istifadəyə verildikdən sonra.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,846ФанатыМне нравится
1,025ЧитателиЧитать
3,086ЧитателиЧитать
716ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -