spot_img
5 декабря, 2025
spot_img
ДомойТехнологииАвтомобилиLexus elektrikləşdirilmiş LFA varisinin konseptini təqdim etdi

Lexus elektrikləşdirilmiş LFA varisinin konseptini təqdim etdi

Yapon istehsalçısı Lexus, əfsanəvi LFA superkarının elektrik varisi olacaq yeni modelin konseptini Monterey Avto Həftəsində nümayiş etdirdi. Konsept hələlik Sport Concept adı ilə göstərilir. Xatırladaq ki, orijinal LFA-nın istehsalı 2012-ci ildə tamamlanmış və cəmi 500 ədəd buraxılmışdı.

Yeni elektrik superkar Toyota GR GT və onun GT3 yarış modifikasiyası ilə eyni platformada hazırlanıb. Quruluşun əsasında tam alüminium çərçivə272,5 sm-lik təkər bazası dayanır. Mühəndislər bu dəfə aerodinamik səmərəlilik, yüksək gövdə sərtliyi və mümkün qədər aşağı ağırlıq mərkəzinin əldə edilməsinə fokuslanıblar.

Toyota GR GT-də turbomühərrikli V8 hibrid güc qurğusu tətbiq edildiyi halda, Lexus versiyası tam elektrik olacaq. Dəqiq güc göstəriciləri hələ açıqlanmır. Müqayisə üçün: orijinal LFA-nın 4,8 litrlik atmosferik V10 mühərriki 553 a.g.480 Nm fırlanma anı verirdi, maksimal sürəti isə 325 km/saat idi. Toyota GR GT isə 641 a.g.850 Nm göstəricisinə malikdir.

Dizaynda uzun kapot, geniş arxa hissə və ənənəvi yan güzgülər əvəzinə yan kameralar diqqət çəkir. İki yerlik salon şturvallı sükanmonoxrom cihaz paneli ilə təchiz olunub.

Yeni modelin seriya istehsalının nə vaxt başlayacağı hələlik açıqlanmayıb.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,842ФанатыМне нравится
1,026ЧитателиЧитать
3,086ЧитателиЧитать
716ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -