spot_img
22 ноября, 2025
spot_img
ДомойТехнологииАвтомобилиHyundai elektromobillərin şarj müddətini 3 dəqiqəyə endirmək istəyir

Hyundai elektromobillərin şarj müddətini 3 dəqiqəyə endirmək istəyir

Hyundai mühəndisləri elektrikli avtomobillərin şarjını cəmi üç dəqiqəyə endirməyi hədəfləyir — beləliklə proses adi benzin doldurmaq qədər sürətli və rahat olacaq. Şirkət hesab edir ki, məhz bu göstərici elektrik nəqliyyatına keçidlə bağlı son şübhələri də aradan qaldıra bilər.

Hazırda E-GMP platformalı Hyundai elektromobilləri 350 kVt şarj qurğusundan və 800 voltluq sistemdən istifadə edildikdə 10%-dan 80%-ə qədər təxminən 18 dəqiqəyə dolur. Lakin Hyundai Motor Europe texniki mərkəzinin rəhbəri Tayron Conson müştərilərin maksimum 3 dəqiqəlik şarj müddəti gözlədiyini deyir.

Bu məqsədə çatmaq üçün Hyundai 400 kVt gücündə şarj texnologiyasını tətbiq etməyə çalışır. Bu texnologiya təkcə şarj müddətini benzin doldurma səviyyəsinə yaxınlaşdırmayacaq, həm də daha böyük və bahalı batareya quraşdırmadan elektromobilin yürüş məsafəsini artırmağa imkan verəcək.

Hazırda real şarj gücü çox vaxt 350 kVt-dan aşağı olur və təxminən 250 kVt civarında qalır. Hazırda ən sürətli modellərdən biri Porsche Taycan-dır — o, maksimum olaraq 320 kVt-a çata bilir. Amma bazar sürətlə dəyişir: məsələn, yeni Lucid GravityPorsche Cayenne Electric artıq 400 kVt şarj imkanına keçir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,851ФанатыМне нравится
1,023ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -