Google mobil qurğuların batareya ömrünü qorumağa kömək edəcək yeni aləti təqdim edib. Play Store-a əlavə olunacaq bu funksiya ən çox enerji sərf edə tətbiqləri aşkar edəcək və istifadəçiləri onları endirməzdən əvvəl xəbərdar edəcək.
Yeni sistem Android Vitals əsasında işləyir və Samsung ilə əməkdaşlıqda hazırlanıb. Google bu mexanizmi aprel ayından bəri sınaqdan keçirir və beta-versiya zamanı tərtibatçıların rəyinə əsaslanaraq alqoritmi daha dəqiq və etibarlı edib.
Əgər tətbiqin fon aktivliyi batareyanın son 28 gün ərzində 5%-dən çox enerjisini sərf edirsə, bu, “qırmızı bayraq” sayılacaq. Belə proqramlar tövsiyə siyahılarından çıxarılacaq və axtarış nəticələrində onların yüksək enerji sərfiyyatı barədə xəbərdarlıq göstəriləcək
Bəzi hallarda xəbərdarlıq tətbiqin səhifəsində də görünəcək. Google bu yeniliyi 2026-cı il martın 1-də aktivləşdirməyi planlaşdırır.






