spot_img
21 ноября, 2025
spot_img
ДомойSoftwareМобильные приложенияGemini süni intellekti Android Auto-ya əlavə olundu — o nə bacarır?

Gemini süni intellekti Android Auto-ya əlavə olundu — o nə bacarır?

Google Android Auto üçün böyük yeniləmə elan edib. Gemini neyroşəbəkəsinin inteqrasiyası sayəsində sistem artıq şəxsi köməkçi və ya tanımadığınız şəhərdə bələdçi kimi işləyə, həmçinin bir çox əlavə funksiyalar təklif edə biləcək.

Bu gündən etibarən Gemini 45 dildə, o cümlədən bir çox ölkələrdə Android Auto-da görünməyə başlayır. Yeniləməni əldə etmək üçün telefonda Google Assistant əvəzinə Gemini quraşdırılmalıdır. Yeni Android Auto işə düşəndə isə avtomobilin multimedia ekranında Gemini-ni aktivləşdirmə sorğusu çıxacaq. Bundan sonra bot səsli komandalarla müxtəlif işləri yerinə yetirə biləcək.

Gemini-nin imkanları nələrdir?

  • Gmail poçtunu yoxlamaq və məktubları oxumaq

  • Mesajları səsləndirmək

  • Səfər üçün avtomatik musqi siyahısı (playlist) yaratmaq

  • Müəyyən bir kontakta cavab vermək — məsələn, “yoldayam, bir az gecikirəm” kimi mesaj ötürmək

Xəritələrlə işləmək də yaxşılaşıb:
Gemini restoran rəylərini oxuya, sevdiyiniz məkanları marşruta əlavə edə, alternativ yerlər tövsiyə edə və ümumiyyətlə tam bir “bələdçi” kimi davrana bilir.

Bundan əlavə, Gemini Live rejimində botla adi sorğular yox, iki tərəfli dialoq aparmaq mümkündür.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,851ФанатыМне нравится
1,022ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -