spot_img
15 октября, 2025
spot_img
ДомойТелекомСобытияGoogle və Qualcomm Android əsaslı kompüterlərin yaradıldığını elan etdilər

Google və Qualcomm Android əsaslı kompüterlərin yaradıldığını elan etdilər

Snapdragon 2025 sammitində QualcommGoogle yeni layihə üzərində birgə iş apardıqlarını rəsmi şəkildə təsdiqləyiblər — söhbət tam funksional masaüstü Android əməliyyat sistemindən gedir. Google-un baş vitse-prezidenti Rik Osterlonun sözlərinə görə, şirkət ChromeOSAndroid sistemlərinin texnoloji əsaslarını birləşdirərək həm kompüterlər, həm də mobil cihazlar üçün vahid platforma yaratmağı planlaşdırır. Öz növbəsində Qualcomm bu yeni nəsil kompüterlər üçün xüsusi prosessorlar hazırlayır.

Bu ilin əvvəlində Google artıq ChromeOSAndroid sistemlərinin birləşdirilməsi planlarını təsdiqləmişdi. İndi isə bu prosesin gerçəkliyə çevrildiyinə dair yeni sübutlar ortaya çıxıb. Osterlo qeyd edib ki, hazırda Google və Qualcomm-un məqsədi kompüterlərdə də smartfonlarda olduğu kimi “zəngin istifadəçi təcrübəsi” təqdim etməkdir. Əsas istiqamətlərdən biri isə Gemini və digər Google süni intellekt modellərinin inteqrasiyası olacaq. Bu sayədə səsli köməkçiAndroid tətbiq ekosistemi kompüterlərə gətiriləcək.

Beləliklə, istifadəçilər əvvəllər ChromeOS-da yalnız virtual maşınlar vasitəsilə işlədə bildikləri proqram və servisləri indi daha doğma və təbii şəkildə işə sala biləcəklər. Qualcomm-un baş direktoru Kristiano Amon bildirib ki, artıq layihənin ilkin nəticələrini görüb və hazır cihazı sınaqdan keçirməyi səbirsizliklə gözləyir.

Layihə üzrə tərəfdaşlar və buraxılış tarixləri barədə hələlik ətraflı məlumat verilmir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,869ФанатыМне нравится
1,024ЧитателиЧитать
3,086ЧитателиЧитать
716ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -