spot_img
21 июля, 2025
spot_img
ДомойТехнологииАвтомобилиRange Rover ilk tam elektrikli avtomobilini təqdim etdi

Range Rover ilk tam elektrikli avtomobilini təqdim etdi

Britaniyanın məşhur avtomobil istehsalçısı Range Rover öz tarixində ilk dəfə tam elektriklə işləyən krossover modelini təqdim etməyə hazırlaşır. Rəsmi təqdimat hələ qarşıdadır, lakin Autocar jurnalistləri artıq prototipi sınaqdan keçiriblər. Onların sözlərinə görə, bu model “şirkətin 55 illik tarixində ən sakit və özünəinamlı sürüş təcrübəsi” təqdim edir.

Yeni Range Rover Electric, MLA platforması üzərində qurulub və JLR mühəndisləri tərəfindən hazırlanan iki mühərrikli elektrik sistemi ilə təchiz olunub. Bu sistemin ümumi gücü 542 at gücünə çatır. 118 kVt⋅s tutumlu batareya, təxminən 480 km real məsafə qət etməyə imkan verir.

Avtomobil 800 voltluq elektrik arxitekturası dəstəkləyir ki, bu da onu bazarın ən sürətli şarj doldurma sistemlərindən biri ilə uyğunlaşdırır. Salon dizaynı demək olar ki, klassik Range Rover modellərindən fərqlənmir. Yeni elektrikli SUV həm standart, həm də uzadılmış versiyada təqdim olunacaq.

Artıq 61 000-dən çox insan bu model üçün növbəyə yazılıb. İlkin məlumatlara əsasən, avtomobilin qiyməti təxminən 200 000 ABŞ dolları olacaq. Eyni zamanda, bu model ilə birlikdə Range Rover-in yeni loqosu da debüt edəcək.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,927ФанатыМне нравится
1,024ЧитателиЧитать
3,086ЧитателиЧитать
713ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -