Apple ötənilki təqdimat zamanı süni intellektlə təchiz olunmuş Siri-nin işlək versiyada olub — bu, sadəcə nümayiş üçün hazırlanmış boş prototip deyildi. Bunu şirkətin rəhbər şəxsləri Kreyq Federiqi və Qreq Cozviyak son müsahibələrində etiraf ediblər:
“Bizdə real işləyən proqram təminatı vardı, sadəcə keyfiyyət baxımından hələ lazım olan səviyyədə deyildi. Biz böyük dil modeli, real semantik axtarış sisteminə sahib tam funksional proqram təminatını göstərirdik.”
Apple planlaşdırırdı ki, yeni Siri versiyasını 2024-cü ildə istifadəyə versin, lakin məhsulun keyfiyyəti daxili gözləntiləri qarşılamadı. Federiqinin sözlərinə görə, süni intellektli Siri-nin ilkin nəticələri ümidverici olsa da, onu geniş auditoriyaya təqdim etmək üçün kifayət qədər hazır deyildi.
Bununla belə, Apple təqdimat zamanı yeni Siri-ni çox iddialı şəkildə tanıtdı və bu, bəzi suallar doğurdu: əgər funksiyalar tam hazır deyildisə, bəlkə ümumiyyətlə təqdimatı təxirə salmaq daha doğru olmazdı?
İndi isə şirkət Siri-nin inkişafında fərqli arxitekturaya keçib və 2026-cı ilə qədər funksiyaları “düzgün şəkildə” istifadəyə verəcəyini vəd edir.