spot_img
12 мая, 2025
spot_img
ДомойSoftwareПрограммное обеспечениеMicrosoft Store-da Copilot adlı süni intellekt köməkçisi istifadəyə verilib

Microsoft Store-da Copilot adlı süni intellekt köməkçisi istifadəyə verilib

Windows Latest portalının məlumatına görə, Microsoft Store-da Copilot adlı süni intellekt əsaslı ağıllı köməkçi üçün yeni animasiyalı düymə istifadəyə verilib. Bu funksiya istifadəçilərə məhsullar haqqında əlavə məlumat almağa imkan verir.

Düyməyə klik etdikdə «Bu məhsul haqqında Copilot-dan soruşun» yazısı ilə sual pəncərəsi açılır. Burada müxtəlif suallar təklif olunur:

  • Bu oyun haqqında daha ətraflı danış
  • Bu oyun istifadəşilər tərəfindən necə qarşılanıb?
  • Bu oyunda çoxistifadəçili rejim varmı

Testlər zamanı bu funksiya Candy Crush Jelly Saga oyunu üzərində yoxlanılıb. Copilot vasitəsilə istifadəçilər oyun haqqında tez məlumat əldə edə və onu başqa məhsullarla müqayisə edə biliblər.

Bununla belə, Copilot-un inteqrasiyası hələlik sadə göstərişlərlə məhduddur və dərin səviyyədə mağaza və süni intellekt funksionallığı ilə inteqrasiya olunmayıb. Buna baxmayaraq, mənbə qeyd edir ki, Copilot alıcılara məhsullar barədə daha dolğun informasiya verməklə seçimlərini asanlaşdıra bilər.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,936ФанатыМне нравится
1,026ЧитателиЧитать
3,086ЧитателиЧитать
712ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -