Alman avtomobil istehsalçısı Audi, flaqman sedan modeli A6-nın elektriklə doldurulan hibrid versiyasını təqdim edib. Yeni model, 252 at gücünə malik 2,0 litrlik TFSI benzin mühərriki ilə 105 kVt gücündə elektrik mühərrikinin birgə işlədiyi hibrid güc qurğusu ilə təchiz olunub.
Bu iki mühərrikin birlikdə yaratdığı güc 299 at gücünə və 450 Nm fırlanma anına çatır. Avtomobil 100 km/saat sürətə cəmi 6 saniyəyə çatır. Yalnız elektriklə hərəkət məsafəsi isə 103 kilometrdir – bu da əvvəlki nəsil modellə müqayisədə təxminən 1,5 dəfə çoxdur.
Yeni A6 modelində enerji sıxlığı artırılmış və 20,7 kVt·s tutumunda olan müasir litium-ion batareya istifadə olunur. Batareya 11 kVt gücündə şarjı dəstəkləyir ki, bu da onun 2,5 saat ərzində tam şarj olunmasını imkan verir.
Sürücülər tam elektrik və hibrid rejimləri arasında seçim edə bilərlər, avtomobilin ağıllı enerji idarəetmə sistemi isə hər iki mühərrikin işini avtomatik şəkildə optimallaşdırır.
Yeni Audi A6 modeli üç fərqli komplektasiyada təqdim olunacaq: Sport, S line və Edition 1. Ən sadə versiyanın qiyməti təxminən 76 500 ABŞ dolları təşkil edir. Avtomobilin satışa çıxarılması 2025-ci ilin iyun ayına planlaşdırılıb.