Oxut – ödə – tamam. Bu sadə, təhlükəsiz və getdikcə səyyar əməliyyət müştərilərin alış-veriş təcrübəsini tam dəyişdirir və bütün dünyada kiçik bizneslər üçün yeni fürsətlər açır. Bu gün Visa elan etdi ki, ötən ildə Tap to Phone həllindən istifadə dünya üzrə 200%-ə yüksələrək milyonlarla satıcıların kommersiya fəliyyətini dəstəkləmişdir. Azərbaycanda da onun qəbul səviyyəsi sıçrayışla 36.7% artıb.
Visa-nın genişləndirilmiş funksionalı sayəsində istifadəçi sadəcə Tap to Phone tətbiqini yükləməklə adi smartfonunu POS (“satış nöqtəsi”) cihazına çevirir. Tap to Phone funksiyasından yararlanan satıcıların az qala 30%-i yenicə yaranmış kiçik bizneslər olduğunu nəzərə alsaq görərik ki, bu texnologiya mikro- sahibkarlara və KOB-lara NFC funksiyalı smartfonlardan istifadə edərək təmassız ödənişləri qəbul etməyə kömək edərək ən müasir kommersiya alətlərinə çıxışı demokratikləşdidir.
“Tap to Phone rəqəmsal iqtisadiyyata qoşulmaq üçün təhlükəsiz və xərc baxımından səmərəli vasitə təklif etməklə kiçik və orta sahibkarların biznes fəaliyyətini köklü şəkildə dəyişdirir, – deyərək Visa-nın Azərbaycan üzrə baş direktoru və ölkə meneceri Nurlan Hacıyev qeyd etdi. – Biz təmassız imkanlarımızı genişləndirmək, müştəri və bizneslərin ödəmə təcrübələrini təkmilləşdirmək üçün daima innovasiyalar edirik. Bu texnologiyanın qəbulunda əhəmiytətli artım onun təsirini və potensialını aşkarcasına nümayiş etdirir.”
Hər bir ölçülü biznesin səlahiyyətləndirilməsi
Tap to Phone bazar piştaxtalarından tutmuş iri pərakəndə mağazalaradək istifadə olunaraq, ödənişləri rahatlaşdırır, müştərilər üçün rəvan və sürətli hesablaşma təcrübəsi yaradır. Dünyanın hər bir yerində sahibkarlar qeyd edirlər ki, Tap to Phone texnologiyasından istifadə alıcı etimadını təmin edir, əməliyyatları sadələşdirir və satış həcmlərini sıçrayışla artırır. Daha çox sayda biznes Tap to Phone üstünlüklərini gördükcə, onun istifadəsinin getdikcə genişlənməsi gözlənilir.
Ukraynada NovaPay şirkəti özünün NovaPost adlı kuryer xidməti üçün Tap to Phone funksiyasını icra edəndən sonra rəqəmsal əməliyyatların 80%-i hazırda bu həll vasitəsilə həyata keçirilir. Eynilə, Cənubi Afrika Respublikasında Visa-nın tərəfdaşı olan iKhokha şirkəti Tap to Phone tətbiqindən istifadə edərək satıcılara mobil ödəmələrin qəbulu vasitəsi təqdim edib. Nəticədə, buraxılışdan cəmi 6 ay sonra iKhokha-dan istifadə edən merçantlarda Tap to Phone əməliyyatlarının sayı 50% qalxmışdır və bu rəqəm gündən-günə artmağa davam edir.
Tap texnologiyalarının gələcəyi
Nə qədər ki daha çox istehlakçı və sahibkar Tap texnologiyasının faydaları və uğurlu tətbiq halları ilə tanış olur, Tap to Phone texnologiyasının növbəti illərdə də artan xətlə inkişaf etməsi gözlənilir.
Məsələn, Tap to Add Card istifadəçiləri sadəcə telefonları vasitəsilə kredit və ya debit kartlarını oxudaraq onları öz elektron pulqablarına əlavə edə bilərlər. Bu funksiya 2024 ilin sentyabrında Apple Pay tətbiqində qlobal debüt etdiyindən etibarən, artıq 100-dən çox emitent üçün milyonlarla token istifadəyə verilib, bu da kart əməliyyatlarının təsdiqi dərəcələrini artırmağa və dələduzluq göstəricilərini azaltmağa kömək etmişdir. Visa kart sahibləri artıq kartlarını öz pulqablarına kart məlumatlarını əllə daxil etmədən çox tez və rahat şəkildə əlavə edə bilərlər.
Bundan əlavə, Visa yenicə Tap to Confirm həllini işləyib hazırlayıb. Bu texnologiya istehlakçılara yüksək dəyərli pul köçürmələrini cəld və təhlükəsiz şəkildə təsdiq etməyə imkan verir. Tap to Confirm tezliklə Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika regionunda təqdim olunacaq.