Apple rəsmi olaraq 2025-ci ilin WWDC konfransının baş tutma tarixlərini rəsmi olaraq elan edib. Tədbir şirkətin bütün əməliyyat sistemlərinin yeniliklərinin təqdimatına və qabaqcıl texnologiyaların nümayişinə həsr olunacaq.
Bu il konfrans 9-13 iyun tarixlərində baş tutacaq. Apple hər yay WWDC-ni təşkil edərək, yeni əməliyyat sistemlərinin versiyalarını təqdim edir və inkişafçılara yeni API-lər və alətlər barədə məlumat verir ki, onlar bunları öz tətbiqlərinə, oyunlarına və proqramlarına əlavə edə bilsinlər. Adətən, əsas elanlar, iOS, macOS və digər əməliyyat sistemlərinin təqdimatları, konfransın ilk günü baş tutur.
WWDC 2025-də aşağıdakılar təqdim ediləcək:
-
iOS 19 — iPhone üçün əməliyyat sistemi;
-
iPadOS 19 — iPad üçün əməliyyat sistemi;
-
macOS 16 — Mac üçün əməliyyat sistemi;
-
watchOS 12 — Apple Watch üçün əməliyyat sistemi;
-
visionOS 3 — Apple Vision Pro üçün əməliyyat sistemi;
-
Apple TV və s. üçün yeni proqram təminatları
Bir neçə etibarlı mənbə artıq bildirib ki, bu il Apple həqiqətən maraqlı yeniliklər hazırlayıb. Xüsusilə, iOS 7-nin 2013-cü ildə istifadəyə verildiyi dövrdən bəri ən böyük iOS yeniləməsinin təqdim olunması gözlənilir. Deyilənə görə, macOS-də də böyük dəyişikliklər gözlənilir. Təxmin edilir ki, Apple-ın bütün əməliyyat sistemləri bir-birinə bənzəyəcək və əsas ilham mənbəyi visionOS olacaq. Üstəlik, konfransın tizerindəki şəffaf «25» rəqəmi bununla əlaqədar bir işarə ola bilər.