Star Catcher Industries şirkəti dünyanın ilk orbital elektrik şəbəkəsinin tikintisi üçün 12,25 milyon dollar maliyyə vəsaiti alıb. Kosmik gəmi günəş enerjisini toplayaraq orbitdəki digər peyklərə ötürəcək.
Kosmosda enerji Yer kürəsindən fərqli olaraq daha səmərəli şəkildə əldə edilə bilər. Orada havanın və ya günün vaxtının təsiri yoxdur, buna görə də 24/7 elektrik enerjisi istehsal oluna bilər. Lakin Star Catcher Yerə enerji çatdırmaq əvəzinə orbitdəki digər peykləri gücləndirəcək.
Şəbəkə günəş enerjisini tutmaq və onu yaxınlıqdakı peyklərin hər birinə 150 kVt-a qədər gücdə cəmlənmiş şüa şəklində ötürmək qabiliyyətinə malik Power Node (Güc Düyünlərindən) ibarət olacaq. Texnologiya müasir sistemlərin modernləşdirilməsini tələb etmir, çünki istifadə olunan üsul mövcud günəş panelləri ilə uyğun gəlir.
Eyni zamanda, mövcud cihazların məhsuldarlığı təxminən 5-10 dəfə artırıla bilər. “Star Catcher” ilk prototipləri 2025-ci ilin sonuna kimi orbitə çıxarmağı planlaşdırır və bundan sonra şirkət bu xidməti kommersiya məqsədli tətbiq edəcək.