İlk Xiaomi avtomobili hələ satışa çıxarılmayıb, lakin şirkət AutoPix portalının məlumatına görə, artıq iki yeni model üzərində işləyir. Hələlik onlar yalnız kod adları ilə tanınırlar: birincisi şirkət daxilində Lemang, ikincisi Kunlun adlanır.
İlkin məlumata görə, Lemang şirkətin ilk avtomobili (SU7) kimi adi elektrik avtomobili olacaq. İkinci model isə hibrid ola bilər: onun həm elektrik mühərriki, həm də daxili yanma mühərriki olacaq. Hər iki modelin istehsalın hansı mərhələsində olduğu hələlik məlum deyil.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az