spot_img
4 декабря, 2023
ДомойТелекомСобытияŞəkidə qızlar üçün “FEMMES DIGITALES” tərəfindən 8-ci regional StarTech İKT tədbiri keçirilib

Şəkidə qızlar üçün “FEMMES DIGITALES” tərəfindən 8-ci regional StarTech İKT tədbiri keçirilib

4 noyabr 2023-cü il tarixində  “Texnologiyalar sahəsində qadınlara dəstək” İctimai Birliyi — “FEMMES DIGITALES” tərəfindən Şəki «ASAN xidmət» mərkəzində, qızlar üçün nəzərdə tutulmuş 8-ci regional İKT tədbiri — StarTech təşkil edilmişdir. Ənənəvi tədbir «ASAN xidmət» və Elm və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə keçirilmişdir. Konfrans, Fominov Consulting və B.EST Solutions şirkətlərinin maliyyə dəstəyi ilə, həmçinin STEP IT Akademiyası ilə partnyorluqda və InfoCity jurnalının informasiya dəstəyi ilə ərsəyə gəlmişdir.

Tədbir Şəki «ASAN xidmət» mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Bəhruz Nəsibovun açılış nitqi ilə başladı. O, öz çıxışında İT təhsilin qızlar üçün vacibliyini vurğuladı. İlk mərhələdə «FEMMES DIGITALES» üzvləri qızları texnologiyalar ilə əlaqəli müxtəlif peşələr ilə tanış edib, gündəlik işlərini və bu sahədə peşəkar bacarıqlarını təqdim etdilər. Şagirdlərə texnologiyalar sahəsində gələcək təhsillərini davam edə biləcəkləri Azərbaycan məktəblərinin və universitetlərinin xəritəsi təqdim edildi. Növbəti mərhələdə, təqdimat bacarığlarına dair seminar keçirildi və bu seminarın sonunda qızlar komanda şəkilində iştirakçılara öz innovativ layihələrini və bu layihələrin həyata keçirilmə planlarını təqdim etdilər. Hər bir məktəbli öz peşəsini və bu layihədə rolunu seçməli idi. Praktiki dərs çərçivəsində isə, STEP IT Akademiyasının mentorları qızlara kodlaşdırmanın və robot texnikasının əsasları ilə tanış etdilər.

Şəki şəhərindən və ətraf kəndrlərindən olan 70-dən çox məktəbli qız StarTech proqramında iştirak etmişdirlər. «FEMMES DIGITALES»-in üzvləri arasında, ölkənin İKT sahəsində ixtisaslaşmış B.EST Solutions, Pasha Bank, BLOOM Group, Cybernet, BESTCOMP, Fominov Consulting, MONT, STEP IT Akademiyası kimi şirkətlərin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, «ASAN xidmət», Bakı Avropa Liseyi kimi təşkilatların rəhbər və aparıcı mütəxəssisləri də vardır.

Regional tur çərçivəsində «FEMMES DIGITALES» üzvləri Şəkidə yerləşən Keramika və Tətbiqi Sənət Mərkəzinin və «ABAD» sərgi mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur.

2016-cı ildən fəaliyyət göstərən regional proqram olan StarTech təşəbbüsü sayəsində, kəndlər və qəsəbələr də daxil olmaqla minə yaxın qız şagirdləri texnologiyaların füsunkar və həyəcanverici dünyasına qərq olmaq və onların potensialını öyrənmə imkanı əldə etmişdir. Proqram daha əvvəl Masallı, Qəbələ, Quba, Şamaxı, Mingəçevir, Lənkəran və İsmayıllıda həyata keçirilmiş və iştirak edən qızlarla yanaşı onların valideynləri tərəfindən də müsbət qiymətləndirilmişdir. Qeyd etmək lazımdır ki, bu tədbir məktəbli qızların texnologiya sahəsində professional və ali təhsil almaq imkanlarını genişləndirməkdə əhəmiyyətli rol oynayır.Maarifləndirici təhsil tədbirləri və ruhlandırıcı praktiki məşğələlər vasitəsilə, eləcə də Femmes Digitales-dən qadın liderlərin real həyat nümunələrini təqdim etməklə, bu təşəbbüs qızların informasiya texnologiyalarına və ümumilikdə TECH sənayesinə marağını artırmağa dəstək olur. Bu tədbirlər onlara texnologiya sahəsini perspektivli karyera imkanı kimi nəzərdən keçirməklə yanaşı təhsil və gələcək peşəkar fəaliyyətlərində yeni ufüqlar açmaq imkanını verir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,094ФанатыМне нравится
1,017ЧитателиЧитать
3,086ЧитателиЧитать
709ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -
- Реклама -