spot_img
2 мая, 2024
ДомойТехнологииГаджетыTim Kuk müsahibəsində Vision Pro eynəklərinin qiyməti ilə bağlı özünü doğruldub

Tim Kuk müsahibəsində Vision Pro eynəklərinin qiyməti ilə bağlı özünü doğruldub

WWDC 2023-də təqdim olunan Vision Pro qarışıq reallıq eynəkləri Apple-ın ən bahalı məhsullarından birinə çevrildi və bu gadgetı kimin ala biləcəyi ilə bağlı çoxlu müzakirələrə və mübahisələrə səbəb oldu. Apple şirkətinin rəhbəri bu mövzuda Good Morning America nəşrinə verdiyi müsahibədə «bəhanələr» gətirdi.

«Bilmirəm. Düşünürəm ki, insanlar mövcud maliyyə vəziyyətlərindən və digər amillərdən asılı olaraq fərqli seçimlər edəcəklər», — deyə Tim Kuk jurnalistlərin orta səviyyəli bir insanın Vision Pro-nu ödəyə bilməsi ilə bağlı sualını cavablandırıb.

Eyni zamanda, Apple rəhbəri Vision Pro-nun 3 499 dollar qiymətini kifayət qədər ağlabatan və əsaslı hesab edir, çünki «onlarda dizayn və mühəndislik sadəcə heyrətamizdir».

«Hər iki gözdə 4K-dan çox təsvir ölçüsü qazanırsız bu qiymətə. Əlbəttə ki, heçnə pulsuz deyil. Amma hesab edirəm ki, bu, əla qiymətdir”, — Apple şirkətinin rəhbəri bildirib.

Xatırladaq ki, Vision Pro Apple kompüterlərində olduğu kimi M2 prosessoruna əsaslanan tamamilə müstəqil cihazdır və əməliyyat sistemi kimi yeni visionOS istifadə olunur. Eynəklər həm standart Apple proqramları, həm də üçüncü tərəf proqramları ilə işləməyə imkan verir, onları havada üzən pəncərələr şəklində işə salır. Bundan əlavə, eynəklər nəhəng virtual ekranlarda film izləmək və oyun oynamaq üçün əlverişlidir. Amma onlar xarici batareyadan cəmi 2 saat işləyirlər.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,018ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -