2022-ci ildə məşhur smartfon markası Meizu, Geely şirkəti tərəfindən satın alındı. İndi Meizu-nun avtomobil bazarına çıxmağı planlaşdırdığı barədə məlumatlar var.
Mənbənin bildirdiyinə görə, Çin smartfon istehsalçısı bu yaxınlarda Wujie Automobile şirkətinə iki ticarət nişanı üçün müraciət edib. Bu markaların hər ikisi beynəlxalq səviyyədə nəqliyyat vasitələri kimi təsnif ediləcək.
Smartfon markası həmçinin avtomobil bölməsi üçün fəal şəkildə işçi axtarır. Meizu avtomobillərində Flyme Auto sisteminin quraşdırılacağı barədə də məlumatlar var.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az