Tam avtonom idarəetmə rejimində olan Tesla avtomobili The Dawn Project tərəfindən keçirilən sınaq zamanı balaca uşaq ölçüsündə manekenin üzərindən keçib. Və təəssüf ki, o, bunu bir neçə dəfə təkrarlayıb.
The Dawn Project, təcrübənin Kaliforniyadakı sınaq yolunda «nəzarət altında» aparıldığını iddia edir. Onların dediyinə görə, avtomobil yolda dayanmış manekeni müəyyən edə bilməyib və orta 40 km/saat sürətlə onun üstündən bir neçə dəfə keçib.
The Dawn Project, Tesla-nın tam özünü idarə edən proqram təminatının təhlükələrini vurğulayan ümummilli ictimai təhlükəsizlik reklam kampaniyasının bir hissəsi olaraq qısa video yayımladı.
Sınaq Kaliforniyadakı Willow International Raceway-də aparılıb.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az