spot_img
22 ноября, 2024
ДомойТелекомСобытия“AzInTelecom” MMC İnformasiya təhlükəsizliyinin auditi və konsaltinqi xidmətini təqdim edir

“AzInTelecom” MMC İnformasiya təhlükəsizliyinin auditi və konsaltinqi xidmətini təqdim edir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC bir müddət öncə elan etdiyi Kibertəhlükəsizlik xidməti ilə yanaşı, İnformasiya təhlükəsizliyinin auditi və konsaltinqi xidmətini də təqdim edir.

Audit xidməti zamanı müştərinin tələblərinə uyğun olaraq İnformasiya təhlükəsizliyinin və İnformasiya sistemlərinin audit məqsədləri və proqram formalaşdırılır.

ISACA-nın müəyyən etdiyi mütərəqqi praktikaya (IT Audit Framework) və “ISO 27001” standart sənədinə əsaslanaraq İnformasiya sistemlərinin auditi həyata keçirilir. Əvvəlcə auditin əhatə dairəsinə daxil olan sistem və proseslərdə testlər aparılır, sübutlar əldə edilərək dəyərləndirilir. Əldə edilən nəticələr qiymətləndirilir və çatışmazlıqların aradan qaldırılması istiqamətində tövsiyələrin verilməsi və həmin fəaliyyətin izlənməsi nəzərdə tutulur.

İnformasiya resurslarının tamlığı, konfidensiallığı və əlçatanlığı ilə bağlı risklərdən qorunmaq və preventiv addımlar atmaq məqsədilə həyata keçirilən konsaltinq xidməti zamanı “ISO 27001” əsas olmaqla, COBIT, ITIL və digər beynəlxalq standart və çərçivə sənədlərinin tələbləri nəzərə alınaraq informasiya təhlükəsizliyinin effektiv idarə edilməsinə yönəlmiş idarəetmə sisteminin qurulması, mövcud sistemin optimallaşdırılması xidməti təklif olunur.

Xidmət çərçivəsində auditoriyanın iş funksiyaları nəzərə alınaraq, müəssisələrin əməkdaşlarının kiberhücumlara qarşı məlumatlılıq dərəcəsinin artırılması, kiberhücumları aşkarlaya bilmələri üçün maarifləndirmə proqramı təşkil olunur. Son dövrlərdə geniş yayılmış sosial mühəndislik hücumlarına qarşı ən effektiv müdafiə üsulu əməkdaşların maarifləndirilməsidir.

Yeni xidmətlərin təqdim edilməsində əsas məqsəd işlək siyasət, təlimat və prosedurların hazırlanması ilə effektiv idarəetmənin həyata keçirilməsinə nail olmaqdır. Bu xidmətlərdən istifadə həssas məlumatlarla işləyən müəssisələrin informasiya təhlükəsizliyi ilə bağlı risklərə qarşı məsuliyyətinin göstəricisidir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -