spot_img
24 апреля, 2024
ДомойSoftwareОперационные системыWindows 11-də yeni təhlükəsizlik funksiyası istifadəyə veriləcək

Windows 11-də yeni təhlükəsizlik funksiyası istifadəyə veriləcək

Windows 11-in test versiyasında konfidensiallığın əlavə təhlükəsizliyini təmin etmək üçün yeni funksiya istifadəyə verilib. İstifadəyə verilmiş yeni funksiya hansı tətbiqlərin sonuncu dəfə kompüterin veb kamerasından, mikrofonundan və ya digər komponentlərindən istifadə etdiklərini əks etdirir. Bura həmçinin istifadəçinin xəbəri olmadan kompüterin komponentlərindən istifadə edən tətbiqlər də daxildirlər. Privacy Auditing adlı bu yeni funksiya Microsoft şirkətinin korporativ təhlükəsizlik üzrə vitse-prezidenti David Weston tərəfindən Twitter-də sərgilənib. Sözügedən yeni funksiya Windows 11-in tərtibatçılar üçün nəzərdə tutulmuş test versiyasında artıq istifadəyə verilib. Funksiyanı əməliyyat sisteminin daxilindəki Privacy & security bölməsindən aktivləşdirmək olar.

Beləliklə sözügedən funksiya sonuncu edilmiş əməliyyatların siyahısını izləməyə imkan verir. Bu üsul ilə hansı tətbiqlərin mikrofondan, kontaktlar siyahısından, telefon zəngləri funksiyasından, veb kameradan və istifadəçinin yerləşdiyi yeri təyin edən mexanizmdən istifadə etdiklərini təyin etmək olar. Beləliklə bu funksiya əməliyyat sisteminin işini daha şəffaf edir və istifadəçiyə şübhəli aktivliyin təyin edilməsində yardımçı olur. Məsələn əməliyyat sistemi daxilində olan təqvim tətbiqinin aktiv şəkildə veb kameradan istifadə etməsi artıq kompüterin viruslara yoluxub-yoluxmadığını yoxlamaq üçün tutarlı səbəbdir. Hal hazırda bu yeni funksiya ilkin test mərhələsindən keçir. Onun stabil Windows 11-də nə zaman istifadəyə veriləcəyi barəsində məlumat yoxdur.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az
НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -