Neo QLED, ən yüksək təsvir keyfiyyətini təqdim etmək üçün xüsusi «təmzimlənən» LED-lərdən istifadə edən, Samsung-un illər ərzində inkişaf etmiş texnologiyasıdır. Texnologiya müxtəlif işıq saçan və təsviri yüksək dəqiqliklə ötürən çoxlu sayda kvant nöqtələrindən istifadə edir. Sadə dillə desək, kvant nöqtələri müəyyən ölçülərdən asılı olaraq rənglər yayan kiçik toplardır. Rəng spektri birbaşa kvant nöqtəsinin ölçüsündən asılıdır və texnologiyanın bütün mahiyyəti buna əsaslanır. Müxtəlif nöqtələr sayəsində ekran daha çox parlaq olub, təsviri ən yüksək keyfiyyətdə göstərir. Samsung şirkəti Neo QLED-in özündə isə, adi nöqtələrin ölçüsünün 1/40-ı təşkil edən mini-LED-lərdən istifadə edir. Diodlar daha kiçik olduğundan, optik məsafə azalır və televizorun korpusu daha incə olur.
Texnologiya həmçinin süni intellektin köməyi ilə təsvirin təzadlığını və aydınlığını yaxşılaşdıran yeni miqyaslaşdırma qaydası olan Neo Quantum Processor-dan istifadə edir. Sözü gedən bu prosessor həqiqətən sürətlidir, burada neyronlar və alqoritmlər şəbəkəsi indi əvvəlki mexanizmlərdən 16 dəfə daha səmərəli işləyir. Neyroşəbəkə məlumatları, ekranda nələrin göstəriləcəyini müəyyən etmək üçün süni intellekt alqoritmlərindən istifadə etməklə televizorlarda təsviri təkmilləşdirməyə imkan verir. Bundan sonra, emal edilmiş məlumat televizorun arxa işığı ilə “birləşdirilir” formaların və səthlərin parlaqlığı və dəqiqliyi maksimum dərəcədə artırılır. Real Depth Enhancer-in dəstəyi ilə yekun nəticə ön və arxa plana ayrılaraq daha real təsvir dərinliyi və təzadlığını təmin edilir.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az