spot_img
29 марта, 2024
ДомойТехнологииПланшетыYeni kompakt realme planşetinin xüsusiyyətləri məlum oldu

Yeni kompakt realme planşetinin xüsusiyyətləri məlum oldu

realme şirkəti planşetlərinin çeşidini genişləndirməyi planlaşdırır: keçən il debüt edən realme Pad ilə yanaşı, Mini prefiksli daha yığcam model də təqdim olunacaq. Gadget artıq bir anda bir neçə tənzimləyicinin sertifikatından kaçib, həmçinin Geekbench məlumat bazasında peyda olub, bunun sayəsində isə texniki xüsusiyyətləri açıqlanıb.

Yenilik planşetin RMP20156 model nömrəsi altında NBTC, BIS və EEC kimi tənzimləyicilərin məlumat bazalarında göründü. Geekbench saytında cihaz birnüvəli və çoxnüvəli testlərdə 363 və 1330 bal toplayaraq sınaqdan keçdi ki, bu da modeldə istifadə olunan prosessor və bəzi digər texniki xüsusiyyətlər haqqında təsəvvür yaratdı.

Realme Pad Mini-nin “ürəyi” Unisoc səkkiznüvəli mobil platforması olacaq: onlardan ikisi 1,95 GHz tezliyində, altısı isə 1,82 GHz takt tezliyində işləyir. Mali-G57 prosessoru cihazdakı qrafikaya cavabdeh olacaq — eyni qrafik çip Unisoc T616 mobil platformasında işləyən realme C35 smartfonunda quraşdırılıb.

Realme Pad Mini 3 GB operativ yaddaşa və Android 11 əməliyyat sisteminə sahib olacaq. Həmçinin yenilik Camera FV-5 xidmət bazasında müşahidə olunub ki, bu da planşetin f/1.8 olan 8 meqapiksellik əsas kamera ilə təchiz olunduğunu göstərir.

Yeniliklərin təqdimat tarixi və təxmin edilən qiymət haqqında məlumat bildirilməyib.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -