spot_img
20 апреля, 2024
ДомойSoftwareОперационные системыTərtibatçılar üçün nəzərdə tutulmuş Android 13 Developer Preview 1 təqdim edilib

Tərtibatçılar üçün nəzərdə tutulmuş Android 13 Developer Preview 1 təqdim edilib

Technote-un verdiyi məlumata görə, Android 12-nin stabil versiyasının istifafəyə verilməsindən 4 ay sonra Google şirkəti Android 13-ün tərtibatçılar üçün nəzərdə tutulmuş Android 13 Developer Preview 1 versiyasını təqdim edib. Sözügedən versiya yalnız tərtibatçılar üçün nəzərdə tutulsa da onda qlobal dəyişikliklər o qədər də çox deyil. Tiramisu kod adına sahib Android 13-də yenilənmiş Material You temaları istifadə edilir və həmin temalar Google smartfonlarından başqa digər cihazlarda da aktivdir. Material You çərçivəsində tətbiqlərin ikonları istifadəçi tərəfindən seçilmiş temanın rənglərini əks etdirirlər.

    Bundan əlavə olaraq hər bir konkret tətbiq üçün dil seçimi imkanı da əlavə edilib. Android 13-ə fotoların seçilməsi üzrə tamamilə yeni sistem əlavə edilib və həmin sistem digər sənədlərin seçilməsindən cavabdeh olan sistemdən tamamilə ayrı çalışır. Yeni təhlükəsizlik funksiyası bu və ya digər tətbiqə konkret foto ilə videonu əldə etmək icazəsini vermək imkanını yaradır. Beləliklə hansısa tətbiqin bütün Gallery fayllarını əldə etmək faktorunu aradan qaldırmaq olar. Android 13 Developer Preview 1-də aşkar edilmiş digər yeniliklər aşağıdakı kimidir:

— Pixel Launcher-də dəyişikliklər. Həmin dəyişikliklər qatlana bilən və böyük ekranlı cihazlar üçün nəzərdə tutulub

— Picture-in-picture rejimində ekranın iki hissəyə bölünməsi

— Cihazda olan tətbiqlər üçün “qonaq” qismində çıxış edən digər istifadəçi hesablarının əlavə edilməsi

-Səssiz rejimə keçid zamanı vibrasiyanın deaktiv edilməsi

— Smartfonun arxa panelinə iki dəfə klikləməklə işıq sisteminin işə salınması.

    Növbəti Developer Preview versiyaları fevral və mart aylarında təqdim olunacaqlar. Adroid 13-ün stabil versiyasının yay fəslinin sonunda və ya payız fəslinin əvvəlində istifadəyə veriləcəyi güman edilir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -