spot_img
26 апреля, 2024
ДомойТехнологииПланшетыSnapdragon prosessorlu OPPO Pad planşetinin qiyməti açıqlandı

Snapdragon prosessorlu OPPO Pad planşetinin qiyməti açıqlandı

Planşetin real fotolarından sonra onun pərakəndə satış qiyməti haqqında ilk məlumat Weibo-da peyda olub. Yenilik bir-birindən yaddaşın həcminə və korpusun rənginə görə fərqlənəcək bir neçə modifikasiyada olacaq.

Mənbənin məlumatına görə, 6/128 GB modifikasiyada OPPO Pad-in qiyməti 394 dollar, 6/256 GB konfiqurasiyada isə 441 dollar təşkil edəcək. Bildirilir ki, planşet 120 Hz yeniləmə tezliyi və 10 bit rəng dərinliyini dəstəkləyən 2560×1600 piksel təsvir ölçülü 10,95 düymlük displeylə təchiz ediləcək.

Cihazın “ürəyi” 8 GB-a qədər operativ yaddaşı dəstəkləyən Snapdragon 870 mobil platforması olacaq ki, bu da cihazın daha təkmil versiyasının ortaya çıxmasını istisna etmir. Planşetin muxtariyyətinə 33 vatt sürətli şarj dəstəyi ilə 8360 mAh batareya tutumu cavabdeh olacaq. Arxa qapağın üzərində yalnız 13 meqapikselli kamera yerləşəcək, ön kameranın təsvir ölçüsü isə 8 meqapiksel olacaq.

OPPO Pad-in Wi-Fi 6 (2×2 MIMO) dəstəyi alacağı da məlumdur. Cihazın qalınlığı 7,05 millimetr, çəkisi 510 qram olacaq. Gadgetin təqdimatı bu gün baş tutacaq.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -