spot_img
19 апреля, 2024
ДомойТелекомСтатьиElon Musk ukraynalı vətəndaşlar üçün Starlink peyk internetini pulsuz istifadəyə verib

Elon Musk ukraynalı vətəndaşlar üçün Starlink peyk internetini pulsuz istifadəyə verib

    Technote-un verdiyi məlumata görə, Elon Musk öz iş layihələri çərçivəsində humanitar aksiyaları ilə məşhurdur. İlk növbədə o, təbii fəlakətlərdən zərər çəkmiş insanlara maddi yardım göstərir və təbii fəlakətlər səbəbilə infrastrukturu zərər çəkmiş regionlara öz şirkətlərinin xidmətlərini və məhsullarını təqdim edir. Bu dəfə isə o, Starlink peyk internetini ukraynalı vətəndaşlar üçün pulsuz şəkildə təqdim edib. Daha öncə Starlink-in Ukraynaya ən yaxın fəaliyyət göstərdiyi region Polşa idi. Ukraynalı məmurlardan biri Ukraynada baş verən müharibə şərtləri altında Musk-dan etibarlı şəbəkə kanallarının təqdim edilməsini xahiş etmişdi.

    Musk isə öz Twitter hesabında cavab olaraq bildirib ki, Starlink peyk interneti ukraynalı vətəndaşlar üçün tamamilə pulsuz şəkildə təqdim edilib və bunun üçün nəzərdə tutulmuş əlavə qoşulma terminalları Ukraynaya çatdırılacaq. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Musk sunamidən zərər çəkmiş Tonqa adlı dövlət üçün 50 ədəd peyk şəbəkə terminalını ayırmışdı. Yanvar ayının ortasında Tonqa dövləti sunamidən zərər çəkmişdi və həmin təbii fəlakət çərçivəsində dövlətin yerüstü infrastrukturu məhv olmuşdu. Starlink peyk interneti isə həmin zərəri qarşıladı. Həmin vaxtda Starlink 1469 ədəd aktiv peykə sahib idi. İndi isə peyklərin ümumi sayı 2089 ədəddir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az
НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -