spot_img
22 ноября, 2024
ДомойТехнологииАвтомобилиDeLorean ikonik avtomobilin elektrik versiyasının buraxılmasına işarə etdi

DeLorean ikonik avtomobilin elektrik versiyasının buraxılmasına işarə etdi

    Demək olar 40 il bundan öncə məşhur “Back to the Future” film seriyasının ilk hissəsi işıq üzü görmüşdü. Bu film seriyası həmin vaxtlarda mübahisəli hesab edilmiş DeLorean DMC-12 avtomobilini əfsanəyə çevirmişdi. İndi isə heç gözlənilmədən DMC şirkəti elan edib ki, bu il əfsanəvi avtomobilin elektromühərrik ilə çalışan versiyası təqdim olunacaq. DeLorean Motor Company (DMC) brendi 10 ildən bir qədər çox müddət bundan öncə Texas ştatında yenidən işə salınmışdı. Yenidən işə salınmış brend 1981-1982-ci illərdə istehsal edilmiş DeLorean DMC-12 avtomobillərinin bərpası ilə məşğul olurdu. Stephen Wynne adlı mühəndis brendin ticarət nişanını və orijinal avtomobilin ehtiyat hissələrini əldə etmiş və avtomobilin kopyalarının istehsal edilməsi ilə məşğul olmağa başlamışdı.

 

    2016-cı ildə Wynne elan etmişdi ki, o, yeni ABŞ qanunları çərçivəsində yeni DeLorean modellərinin istehsalı ilə məşğul olacaq. ABŞ qanunlarına əsasən avtomobil istehsalçıları bütün müasir tələblərə uymadan tarixi avtomobilləri məhdud sayda istehsal edə bilərlər. İndi isə DeLorean brendi öz elektromobilinin ilk tizer videosunu təqdim edib. DeLorean elektromobili barəsində digər bir ətraflı məlumat verilməyib. Onun hansı texniki özəlliklərə, hansı satış qiymətinə sahib olacağı bilinmir. Bundan əlavə olaraq elektromobilin hansı sayda istehsal olunacağı da məlum deyil. Sadəcə olaraq məlum olan odur ki, elektromobilin dizaynı üzərində orijinal DeLorean-ın dizaynı üzərində çalışmış italiyalı dizayner Giorgetto Giugiaro çalışacaq.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -