spot_img
28 марта, 2024
ДомойSoftwareМобильные приложенияWhatsapp-da istifadəyə veriləcək yeniliklər barəsində məlumatlar təqdim edilib

Whatsapp-da istifadəyə veriləcək yeniliklər barəsində məlumatlar təqdim edilib

Technote-un verdiyi məlumata görə, WABetaInfo saytı Whatsapp-ın mobil versiyası üçün hazırlanan yeniliklər barəsində məlumat verib. Beləliklə verilmiş məlumata əsasən messencerin mobil versiyasında dəyişikliklər audiozənglərin interfeysini və qrup çatlarını əhatə edəcəklər. Belə ki, qrup çatları Facebook-da mövcud olan funksiyalardan birini əldə edəcəklər. Məlumata əsasən Whatsapp-dakı audiozəngləri əhatə edən ekran interfeysi smartfon ekranını daha səmərəli şəkildə istifadə edəcək. Sözügedən interfeysin aşağı hissəsindəki düymələrdə bir dəyişiklik olmayacaq. Bununla belə zəng edilən istifadəçinin adı, telefon nömrəsi və zəngin davamlılıq müddəti ekranın yuxarı hissəsində bir qədər mərkəzdə yerləşəcəklər.


Həmçinin sözügedən göstəricilər ağ şrift ilə deyil, yaşıl şrift ilə əks olunacaqlar. Messencerin qrup çatlarında mesajlara Facebook-dakı kimi reaksiyalar bildirmək mümkün olacaq. Bununla yanaşı qrup çatlarının adminləri ayrı-ayrı mesajları silmək imkanına sahib olacaqlar. Silinmiş bu cür mesajların yerlərində müvafiq bildiriş əks olunacaq. Təqdim edilmiş screenshotlar iPhone modelində çəkilib. Lakin məlumatda qeyd edilib ki, sözügedən funksiyalar həmçinin messencerin Android versiyasında da istifadəyə veriləcək. Bu yeniliklərə sahib Whatsapp versiyasının bir neçə həftə və ya ay ərzində istifadəyə veriləcəyi gözlənilir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -