spot_img
20 апреля, 2024
ДомойSoftwareМобильные приложенияInstagram 1 dəqiqəlik Stories-ləri testdən keçirir

Instagram 1 dəqiqəlik Stories-ləri testdən keçirir

Instagram daha uzun xronometraja sahib Stories-ləri testdən keçirir. Qeyd etmək lazımdır ki, Instagram-dakı Stories-lərin xronometrajları 15 saniyə təşkil edir. Lakin bəzi regionların istifadəçiləri artıq 1 dəqiqəlik Stories-lər yükləyə bilirlər.

Analitiklərin fikirlərinə əsasən bu, TikTok-un istifadəçi kütləsini özünə cəlb etməyin növbəti üsuludur. Sosial şəbəkələr üzrə mütəxəssis Matt Navarra aşkar edib ki, Türkiyədən olan istifadəçilər üçün Stories-lərin yeni formatı istifadəyə verilib. Belə ki, yeni format çərçivəsində türkiyəli istifadəçilər 1 dəqiqəlik xronometraja sahib Stories-ləri Instagram-a yükləyə bilirlər.

Bundan əlavə olaraq əvvəlki məlumat sızıntılarında qeyd edilmişdi ki, Instagram Stories paylaşımlarını yükləmək üçün nəzərdə tutulmuş yeni interfeys üzərində çalışır və həmin interfeys Stories paylaşımlarında digər istifadəçiləri və yerləri işarələmək prosesini daha da sadələşdirəcək. Yenilənmiş interfeysin nə zaman istifadəyə veriləcəyi barəsində heç bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, 1 dəqiqəlik Stories-lər də hələ hamı üçün aktiv edilməyib.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -