Sosial mediadan dünya üzrə ən azı 3,57 milyard insan istifadə edəcək.
Insider Intelligence analitik şirkəti 2022-ci ildə sosial medianın populyarlığını proqnozlaşdırıb. Araşdırmanın nəticələri eMarketer saytında dərc edilib.
Gələn il 3,57 milyard insan ən azı ayda bir dəfə sosial mediadan istifadə edəcək ki, bu da dünya üzrə internet istifadəçilərinin 82%-ni təşkil edir.
- Birinci yeri, analitiklərin fikrincə, dünya üzrə 2,098 milyard istifadəçisi olan Facebook tutacaq.
- İkinci yerdə hər ay 1,282 milyard insanın ziyarət edəcəyi “Meta” korporasiyasının daha bir yaradıcısı – Instagram olub.
- İlk üçlüyü TikTok (755 milyon) bağlayaraq, Snapchat (464,9 milyon) və Twitter-i (345,3 milyon) qabaqlayıb.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az