WhatsApp tətbiqinin yeni funksiyaya malik versiyası istifadəyə təqdim olundu.
Məlumata görə, artıq həmin tətbiqi smartfon internetə qoşulmasa belə fərdi kompüterdə və ya planşetdə də açmaq mümkündür. Bunlar hamısı istifadəçinin serverdəki hesabına bağlanır. Həm də bir hesaba eyni vaxtda maksimum dörd cihaz bağlana bilər. Hər bir cihaz üçün ayrıca identifikator nəzərdə tutulub. Bununla yanaşı bir istifadəçi hesabına sahib müxtəlif cihazlar server daxilində bir-biriləri əlaqəlidirlər.
Maraqlısı ondadır ki, planşeti əsas cihaz kimi istifadə etmək olmayacaq. iPhoneistifadəçiləri isə bəzi məhdudiyyətlər ilə qarşılaşacaqlar. Belə ki, onlar əlavə cihazlarda istifadə edilən Whatsapp-ın çatlarını və mesajlarını silə bilməyəcəklər.
Bununla yanaşı messencer tərtibatçıları bildiriblər ki, istifadəçilər Whatsapp-ı minimum 14 gün ərzində heç olmasa 1 dəfə əsas cihazda işə salmalıdırlar. Əks halda messencerin digər cihazlarla olan sinxronlaşması aradan qalxacaq. Sözügedən yeni funksiyanı aktivləşdirmək üçün Linked Devices bölməsinə keçid etmək və QR kodu skan etmək lazımdır.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az