kopite7kimi ləqəbli şəbəkə insayderin sözlərinə görə, yeni NVIDIA qrafik sürətləndiricilərinin buraxılışı 2022-ci ilin üçüncü rübündən tez baş tuta bilər. Mənbənin məlumatına görə, ilk olaraq, GeForce GTX 4090, 4080 və 4070 modelləri bazara daxil olacaq. Onların TSMC-nin 5 nanometrlik texniki prosesləri üzrə inşa ediləcəyi və 30-cu seriyaya nisbətən iki dəfə artan məhsuldarlıq təklif ediləcəyi gözlənilir.
Daha əvvəl mənbələr bildiriblər ki, “yaşıl” qrafik prosessorlarının növbəti nəslinin xüsusiyyətlərindən biri, enerji sərfiyyatı sələflərindən iki dəfə çox ola bilər. Bununla belə, NVIDIA-nın özü hələ 40 seriyalı qrafik çiplərin xüsusiyyətləri ilə bağlı heç bir rəsmi məlumat dərc etməyib.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az