spot_img
20 апреля, 2024
ДомойТелекомСобытияBitcoin tarixi rekorddan sonra sürətlə ucuzlaşıb

Bitcoin tarixi rekorddan sonra sürətlə ucuzlaşıb

Bitcoin kriptovalyutası bazar ertəsi sürətlə ucuzlaşaraq apreldə qeydə alınmış rekord dəyərinin üçdə birindən çoxunu itirib.

Bitcoin ən böyük kriptovalyuta birjası olan Binance-da 10 faiz ucuzlaşaraq 43,38 min dollara satılıb.

Bundan bir qədər öncə isə qiymət 42 197 dollar təşkil edib. Bu, indiyə qədər qeydə alınmış ən aşağı göstəricidir.

CoinMarketCap saytı isə məlumat verib ki, Bitcoin-in qiyməti 10,1 faiz düşərək 43,41 min dollar təşkil edib.

Xatırladaq ki, bazar günü axşam saatlarında Twitter-də istifadəçilərdən biri Tesla şirkətinin sahib olduğu bütün bitcoinləri satmasının bu kriptovalyutanın digər sahiblərini məyus edəcəyi ehtimalını irəli sürüb. Tesla-nın rəhbəri Elon Mask istifadəçinin twitinə laqeyd qalmayaraq cavabda qısaca “Həqiqətən də” yazıb. Maskın bütün bitcoinləri satmaq ehtimalını təkzib etməməsi bazarda narahatlığa səbəb olub və kriptovalyutanın qiyməti yenidən enməyə başlayıb.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -