Facebook şirkətinin banisi Mark Sukerberqin telefon nömrəsi, şəxsi məlumatları və sosial şəbəkənin daha 533 milyon istifadəçisinin şəxsi məlumatları sosial şəbəkəyə sızıb.
ABŞ-dan olan 32 milyondan çox sosial şəbəkə istifadəçinin, Səudiyyə Ərəbistanından 28 milyondan çox istifadəçinin, həmçinin Rusiyadan demək olar, 10 milyondan çox şəxsin məlumatları ələ keçirilib. Söhbət adlardan, yerin təyin olunması, doğum tarixlərindən və başqa məlumatlardan gedir.
Məlumata görə, Sukerberqin şəxsi məlumatlarının itkisinə diqqəti tvitter istifadəçilərindən biri yönəldib. O, öz hesabında feysbukun banisinin şəxsi məlumatlarının göstərildiyi skrinşotu paylaşıb.
«İtkiyə gəlincə, söhbət 533 milyon insanın şəxsi məlumatından gedir. İstehza doğuran budur ki, Mark Sukerberq də həmçinin onların arasındadır», — deyə bildirilir.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az