Çin nəhəngi Xiaomi-nin öz avtomobilini hazırladığı haqda məlumatlar ortaya çıxdı.
Bu barədə bir neçə mənbəyə istinadən iFengNews xəbər verir. Beləliklə, mənbənin yayımladığı hesabata görə, Çinli istehsalçı avtomobil bazarına daxil olmaq üçün son strateji qərarı verdi. Lakin bu layihənin müəyyən təfərrüatları açıqlanmadı.
Lei Jun, Xiaomi-nin ilk avtomobilinin inkişaf layihəsinə rəhbərlik edəcək.
Xiaomi-nin ağıllı telefon bazarında izlənilən durğunluq səbəbindən öz avtomobilini inkişaf etdirməyə qərar verdiyi deyilir.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az