ABŞ-ın sosial şəbəkə nəhəngi Twitter ötən ili 1,14 milyard ABŞ dolları məbləğində zərərlə başa vurub. Halbuki, şirkət 2019-cu ildə 1,47 milyard ABŞ dolları mənfəət əldə etmişdi.
Məlumata görə, ötən ilin IV rübündə Twitter-in mənfəəti 87 % artaraq 222 milyon ABŞ dollara çatıb.
Ötən il ərzində Twitter-in gəlirləri illik müqayisədə 7,8 % artaraq 3,72 milyard ABŞ dollara, ötən ilin son rübündə isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 29 % artaraq 1,29 milyard ABŞ dollara yüksəlib.
Bundan başqa, ötən il Twitter-in aktiv istifadəçilərinin sayı illik müqayisədə 27 % artaraq 192 milyona qalxıb.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az