ABŞ-ın Tesla elektrik avtomobil şirkəti Çində 36 mindən çox avtomobili geri çağırıb.
Məlumata görə, qərar mərkəzi monitorda, qızdırıcı qurğuda qeydə alınan mümkün qüsurlarla əlaqədar verilib. Geri çağırılma 2013-2018-ci illərdə istehsal olunmuş «Model S» və 2016-2018-ci illərin «Model X» modellərinə şamil olunur.
Qeyd olunur ki, Çində həmin modellər bu günədək müxtəlif qüsurlarla əlaqədar dörd dəfə geri çağırılıb.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az