EconomicDailyNews-in sözlərinə görə, Tayvanda istehsalçılar və təchizatçılar gələn ilin ikinci rübündə Apple Car komponentlərinin istehsalını artırmağa hazırlaşırlar. Şirkətin artıq ABŞ-ın Kaliforniya yollarında onlarla prototipin sınaqlarına başladığı da bildirilir. Hələ 2017-ci ildə Apple avtomobillərini sınamaq üçün Kaliforniya səlahiyyətlilərindən icazə almışdı.
Bundan əvvəl Apple Car-ın 2023-dən və hətta 2025-dən tez təqdim edilməyəcəyini bildirilmişdi. İndi avtomobilin bir il ərzində bazara çıxacağı deyilir.
Mənbə iddia edir ki, Apple şirkəti avtomobili 2021-ci ilin sentyabrında bazara çıxaracaq.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az