Təəssüf ki, bu gün də hətta qabaqcıl istifadəçilər belə əmindirlər ki, şübhəli saytlara daxil olunmursa, antivirusa ehtiyac yoxdur.
Ancaq tez-tez məyusedici təcrübələrdən sonra daha çox insanlar başa düşür ki, zərərli proqram təminatları müxtəlif üsullarla kompüterə gizlicə daxil ola bilər və bu sadəcə kompüterlə də məhdudlaşmır. Smartfon və planşetlər üçün təhlükələrin sayı durmadan artmaqdadır.
Antiviruslar nədən qoruyur?
Zərərli proqram təminatları
Hal hazırda çoxlu sayda zərərli proqram təminatları peyda olmaqdadır və viruslar da onların sinifləri arasında ən populyar olanı deyil. Böcəklər, troyan proqramları, bekdorlar, bloklayıcı və casusluq proqramları istifadəçiləri təhdid edir.
Təhlükə hər yerdə ola bilər — kompüter oyunlarının pirat versiyalarında, tanışların fleş kartlarında, sosial şəbəkələrdə və hətta mühafizə olunmayan qanuni saytlarda belə.
Zərərli proqram təminatları kiber cinayətkarlar tərəfindən xuliqanlıq məqsədilə deyil, şəxsi məlumatları (sosial şəbəkələrdə və ya oyun hesablarında istifadə olunan istifadəçi adı və şifrələr, iş və şəxsi yazışmalar, bank məlumatları) oğurlayaraq pul qazanmaq məqsədilə istifadə olunur.
Dələduzlar istifadəçinin kompüterindən (və ya smartfonundan) xəbərsiz istifadə edə bilərlər. Məsələn, hakerlər spam göndərə, virus düşmüş kompüterləri botnetlərə və mütəşəkkil kiber hücumlara qoşa bilərlər.
Fişinq
Fişinq istifadəçinin məxfi məlumatlarına — istifadəçi adı və şifrələrinə giriş əldə etmək məqsədi daşıyan İnternet fırıldaqçılığı növüdür.
Dələduzlar populyar sayt və ya bankların rəhbərliyinin adından məktublar, o cümlədən sosial şəbəkələr (məsələn, Facebook) daxilində şəxsi ismarışlar göndərirlər. Məktubda zahirən həqiqətdən fərqlənməyən sayta və ya yönləndirməli sayta keçid olur.
Belə bir səhifəyə daxil olarkən istifadəçi müəyyən sayta daxil olmaq üçün istifadə etdiyi istifadəçi adını və şifrəsini daxil edir, bu da fırıldaqçıların zərərçəkmiş şəxsin hesabı və ya bank hesabı üzərində nəzarət əldə etməsinə imkan verir.
İstifadəçinin diqqətli olması və sağlam düşüncəsi, məlumat təhlükəsizliyinin əsaslarını bilməsi və yenilənmiş antivirus versiyasının mövcud olması fişinq hücumlarından qorunmağa kömək edəcəkdir.
Mobil təhlükələr
Mobil cihazların populyarlığı artdıqca, onları hədəfə alan zərərli proqramların da sayı artmaqdadır. Ağıllı telefonlar və planşetlər də eyni dərəcədə troyanlara və eksployt viruslara məruz qalırlar.
Uzun müddət ən geniş yayılmış təhlükə SMS troyanlar olmuşdur. Onlar İstifadəçinin müdaxiləsi olmadan pullu SMS göndərirdilər. İndi mobil ödənişlərin populyarlığının artması ilə mobil onlayn bankçılığa giriş məlumatlarını oğurlayan troyanlar daha çox yayılmışdır.
Mütəxəssislərin verdiyi proqnoza əsasən smartfon istifadəçilərinin sayı və mobil trafikin həcmi yalnız artacaqdır. Müvafiq olaraq da mobil təhlükələrin sayı da artacaqdır.
Azərbaycanda istifadəçilər üçün hansı antiviruslar mövcuddur?
Azərbaycanda həm adi istifadəçilər, həm də korporativ istifadəçilər üçün ən yaxşı antivirus proqramı nümunələri təqdim olunur.
Ən populyar antiviruslar Kaspersky, ESET NOD32, Bitdefender, Dr. Veb-dir.
Bitdefender Antivirus Plus
Bitdefender — Rumıniya şirkətidir və dünyada ən məhşur antiviruslardan birini — Antivirus Plus-u hazırlamışdır.
Bitdefender Antivirus Plus antivirusunda şübhəli saytları bloklayan daxili “firewall” (qoruyucu divar), anti-spam və antifişinq; müəyyən mənbələrə girişi qadağan etməyə imkan verən valideyn nəzarəti, şəxsi məlumatların və hətta veb kameranın çox səviyyəli qorunması funksiyaları var. Xüsusi proqram nüvəsi əməliyyat zamanı performansın azalmasının qarşısını alaraq prosessor və RAM-ın üzərinə düşən yükü minimuma endirir.
Kaspersky Internet Security
“Kasperski laboratoriyasının” hazırladığı antivuris MDB ölkələrində kompüterlərin qorunması üçün ən məşhur proqram məhsuludur. Bütün dünyada müstəqil laboratoriyaların keçirdiyi hər cür səmərəlilik testindən uğurla çıxan ilk beş lider arasında olaraq öz işinin öhdəsindən mükəmməl şəkildə gəlir.
“İnternet Security” paketi istənilən virus hücumlarından, proqramlardan, istifadəçinin məlumatlarına daxil olmasının əngəllənməsindən və sonra isə bu məlumatların geri qaytarılması üçün pul tələb edilməsindən, fişinqdən mühafizə edən, internet ödənişlərini təhlükəsiz şəkildə icra etməyə və şəxsi məlumatları qorumağa kömək edən həllər dəstidir.
Maraqlıdır ki, Kaspersky Internet Security bütün funksiyalara, o cümlədən mobil əməliyyat sisteminə və uşağınızın yerini izləməyə və onu lazımsız saytlardan qorumağa imkan verən Kaspersky Safe Kids funksiyasına uyğundur.
ESET NOD32
Slovakiya şirkəti olan ESET 25 illik tarixi olan antivirus proqram təminatı tərtibatçısıdır.
ESET MS-DOS kimi arxaik əməliyyat sistemi üçün antivirus proqramı buraxdı. Şirkət zərərli proqram təminatı ilə mübarizə sahəsində böyük təcrübəyə malikdir və onun buraxdığı NOD32 antivirusu bu günə qədər də öz aktuallığını itirməmişdir. Rəqibləri kimi, bu antivirus proqramı da bilinən kiber təhdidlərin əksəriyyəti ilə təsirli şəkildə mübarizə apara bilir və buraya veb qoruma, fişinq əleyhinə qorunma və elektron poçtun qorumasını daxildir.
Dr.Web dünyada ilk antiviruslardan biridir
Dr.Web yarandığı gündən etibarən populyar olaraq qalmaqdadır — 90-cı illərin ortalarında Rusiyada Dr.Web-in quraşdırılmadığı bir dənə də olsun kompüter yox idi. Bu keyfiyyətli, yüksək texnologiyalı məhsul 25 ildən çoxdur ki, çox sərt, yüksək rəqabətli antivirus bazarında mövcuddur.
Uğurlu məhsullardan biri olan Dr.Web Security Space İnternetdə təhlükəsizlik məhdudiyyətləri olmadan maksimum həyat azadlığını təmin edir.
Azərbaycanda antivirus proqramını haradan almaq olar?
Azərbaycanda Proqram təminatı distribütorları vasitəsilə ənənəvi satış kanallarına əlavə olaraq, müxtəlif ödəniş platfotmaları, mobil tətbiqlər və elektron cüzdanlar vasitəsilə antivirusların satın alınması geniş vüsət almışdır.
Azərbaycanın müxtəlif ödəniş üsullarından istifadə etməklə kompüterlər (Windows və Linux OS daxil olmaqla), noutbuk və planşetlər, Android smartfonlar üçün ən məhşur məhsulları Kaspersky, ESET NOD32, Bitdefender, Dr. Web istehsalçılarından tez, asan və təhlükəsiz şəkildə satın almaq olar.
MilliON, E-Manat, Expresspay, Kassam.az ödəniş terminalları vasitəsilə antiviruslar üçün nağd şəkildə ödəniş etmək olar (24/7).
Satın almaq üçün istifadəçi elektron poçt ünvanını göstərir və ödənişin uğurla həyata keçirilməsindən sonra qeyd edilmiş ünvana antivirusun aktivləşdirilməsi üçün açar kod göndərilir.
Onlayn istifadəçilər üçün antiviruslar hesab.az və e-pul.az ödəniş portallarında mövcuddur. Satın alma prosesi mümkün qədər sadədir — istədiyiniz məhsul seçilir, elektron poçt ünvanı daxil edilir, kartla ödəniş edilir və antivirusu aktivləşdirmək üçün açar kod elektron poçta göndərilir.
Portmanat və Kassam.az mobil cüzdan istifadəçiləri üçün satınalma daha da rahatdır — smartfonlarınızı qorumaq imkanı həmişə əlinizin altındadır. Tətbiq menyusunda sizə lazım olan məhsullar qeyd olunur və cüzdanın (və ya kartların) balansından ödəniş həyata keçirilir.
Gördüyünüz kimi, şəxsi kompüterlərinizin, smartfonlarınızın təhlükəsizliyini təmin etmək, məlumatları qorumaq (şəkillərdən şifrələrə və kart nömrələrinə qədər) artıq asan və sadədir.
Zəhmət olmasa unutmayın ki, antivirus üçün çox az ödəniş edilməlidir, lakin onun olmaması təhlükəsizlik və məlumat itkisi bahasına başa gələcək.